466
15:06
01 Mart 2019

Sərxan Mətanətə görə onu qınayan müğənniyə söz atdı: "Adı Aslan, özü sərçə"

Aparıcı-aktyor Sərxan Kərəmoğlu müğənni Mətanət Əsədova ilə barışığından danışıb.

Lent.az -ın məlumatına görə, Sərxan "Səhər-səhər" verilişində bu sözləri deyib: “Mətanətlə bir-birimizi söyməyimiz, təhqir etməyimiz insanlara xoş gəlirdi. Gördüm çox xoş gəldi, dedim daha bəsdirin. Mətanət məni söyür, insanlar söyür. Mən ona bir şey yazıram, məni söyürlər. Barışırıq, yenə söyürlər. Barışdıq, çünki sonu pisə gedirdi. Mətanətin lənətlənmişi olmaq istəmirəm".

Sərxan bu barışığa görə müğənni Aslan Hüseynovun onu qınamasına da münasibət bildirib: "Adı Aslandır, özü sərçə. Sizin nə ixtiyarınız var ki, mənim haqqımda ondan söz soruşursunuz? Aslanın hüququ yarımçıqdır. Tam hüququ Qırğızıstandadır".

Qeyd edək ki, Aslan Hüseynov Sərxan Kərəmoğlu ilə Mətanət Əsədova arasındakı qalmaqala münasibət bildirən zaman "Sərxanda o sifət var, barışar" demişdi.