17:11
26 Fevral 2019

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Lent.az xəbər verir ki, Azərbaycan Prezidenti Türkiyə Prezidentinə ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyənin inkişafı naminə ona yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Ərdoğan göstərilən diqqətə və təbrikə görə İlham Əliyevə təşəkkür edib.

Eyni zamanda Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı zamanı ermənilərin günahsız insanların qətlə yetirilməsini bir daha pisləyərək, bu faciə ilə bağlı Azərbaycan Prezidentinə və xalqımıza başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 65 yaşı tamam olur.

Dİgər xəbərlər