[b] "Xocalı soyqırımı hərbi cinayətdir" - Baş katibdən önəmli açıqlama[/b]
25 fevral 2019 12:15 (UTC +04:00)

[b] "Xocalı soyqırımı hərbi cinayətdir" - Baş katibdən önəmli açıqlama[/b]

 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Otaimin Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar olaraq faciə qurbanlarını yad edib.

ONA xəbər verir ki, bu barədə təşkilatın rəsmi səhifəsində bildirilir.

Əl-Otaimin vurğulayıb ki, Xocalı faciəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının nəticəsidir. Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş hərəkətləri hərbi cinayət, bəşəriyyətə qarşı cinayət və soyqırımı hesab edir.

Əl-Otaimin əlavə edib ki, İƏT Azərbaycan Respublikasının işğala son qoymağa və ərazi bütövlüyünü bərpa etməyə yönələn təşəbbüslərini tam dəstəkləyir. 

# 376
avatar

Oxşar yazılar