268
09:59
25 Fevral 2019

Seks simvolun yeni görüntüləri yayıldı - FOTOLENT

Əfsanəvi film aktrisası, 50-ci illərin seks simvolu hesab edilən Merilin Monrounun yeni fotoları üzə çıxıb.

Lent.az -ın xarici mətbuata istinadən məlumatına görə, karyerasının zirvəsində olarkən, aktrisa fotoqrafını xüsusi vasvasılıqla seçirmiş. 1954-cü ildə Merilin o vaxt üçün tanınmış fotoqraf hesab edilən Milton Greenlə çalışıb. Super ulduz üç il ərzində bu fotoqrafla əməkdaşlıq edib. Merlin, Milton və fotoqrafın arvadı Emmi uzun müddət birlikdə yaşayıblar. Bu illər ərzində isə 5000-dən çox fotoşəkil ortaya çıxır.

Həmin fotoqrafın şəkillərindən ibarət yeni kitab dərc edilib. Oxucu burada super ulduzun çox maraqlı fotoları ilə rastlaşır. Onlardan bəzilərini sizə təqdim edirik: