118
18:03
30 İyul 2018

Naxçıvan şəhərinə yeni icra başçısı təyin olundu

Prezident İlham Əliyev Vüqar Şəmsəddin oğlu Səfərovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəcam imzalayıb.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, prezidentin digər sərəncamı ilə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.