66
11:55
26 İyul 2018

Zakir Həsənov Moskvaya gedəcək

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfər edəcək.

Nazilikdən Lent.az -a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.