Hindistanda qadın “WhatsApp”a görə öldürüldü
24 iyul 2018 02:27 (UTC +04:00)

Hindistanda qadın “WhatsApp”a görə öldürüldü

Hindistanda “WhatsApp”da yayılan “feyk” məlumatlara görə qadın qətlə yetirilib.

 

Lent.az-ın “oxu.az”a istinadən xəbərinə görə, mərhumun cəsədini Madhya-Pradeş ştatındakı meşədə tapıblar. Qadının şəxsiyyəti hələ də təyin edilməyib. Yerli sakinlər onu “WhatsApp”da uşaq oğurluğu ilə məşğul olan canilərin regionda fəaliyyət göstərməsi ilə bağlı yayılan məlumatlara inanaraq qətl ediblər. Polis artıq 9 nəfəri həbs edib, daha bir neçə nəfər isə axtarışdadır.

 

“WhatsApp”da yalan məlumatların yayılması ilə bağlı buna bənzər hadisələr son 2 ay ərzində Hindistanda artıq 20 nəfərin həyatına son qoyub.

 

İyunun əvvəlində vətəndaşların telefonlarına uşaq oğurluqları, qətllər və zorlamalar haqqında yalan məlumatlar daxil olmağa başlayıb. Hindistan hökuməti isə “WhatsApp” rəsmilərindən “feyk” xəbərlərin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsini tələb edib.

 

Bu müraciətdən sonra “WhatsApp”da məlumatların digər istifadəçilərə ötürülməsi funksiyasına məhdudiyyət tətbiq edilib.

 

# 245
avatar

Oxşar yazılar

İsrail tankları Rəfaha girdi

İsrail tankları Rəfaha girdi

7 may 2024 , 09:38
Uşaq kitabxanasının pəncərəsini sındırıb İÇƏRİ GİRDİ

Uşaq kitabxanasının pəncərəsini sındırıb İÇƏRİ GİRDİ

7 may 2024 , 07:21
Rusiyada ZƏLZƏLƏ  baş verdi

Rusiyada ZƏLZƏLƏ baş verdi

7 may 2024 , 04:35
Rusiyada amerikalı hərbçi SAXLANILDI

Rusiyada amerikalı hərbçi SAXLANILDI

7 may 2024 , 00:38
HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

6 may 2024 , 21:24
Bayden prezidentliyə namizədliyini geri götürə bilər : Onun xeyrinə

Bayden prezidentliyə namizədliyini geri götürə bilər: Onun xeyrinə

6 may 2024 , 19:14
Magistralda qəza: Ölənlər var

Magistralda qəza: Ölənlər var

6 may 2024 , 07:55
Zavoddakı yanğın 3 gündür davam edir

Zavoddakı yanğın 3 gündür davam edir

6 may 2024 , 06:41
Maşınla mikroavtobus toqquşdu, 4 yaralı var

Maşınla mikroavtobus toqquşdu, 4 yaralı var

6 may 2024 , 04:47