118
11:06
13 İyul 2018

"Paşinyan əsassız iddialar irəli sürməyə cəhd edir" - XİN

“Ermənistanın populist baş naziriNATO-nundövlət və hökumət başçıları səviyyəsində qəbul edilmiş bəyanatına hörmətlə yanaşmaq əvəzinə,əsassız şəkildə iddialar irəli sürməyə cəhd edir”.

APA -nın xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol PaşinyanınNATO-nun Əfqanıstan üzrə toplantısında çıxışına münasibət bildirən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki,NATOzirvə toplantısınınyekun bəyanatında növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəkvə münaqişənin bu prinsiplər əsasında həll edilməli olduğunu bəyan edilib.Avropa İttifaqıilə Azərbaycan arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək və hörmət ifadə olunub.

H. Hacıyev qeyd edib ki, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət dövlətlərarası münasibətlərin təməl prinsipləridir, siyasi və beynəlxalq hüquqi öhdəlikdir və sivil davranışdır: "Ermənistan tərəfindən eyni formadaBMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı,ATƏT,NATO,Avropa Şurasıvə digər beynəlxalq təsisatların qərar və qətnamələrinə məhəl qoyulmaması və hörmət edilməməsi Ermənistanla beynəlxalq ictimaiyyət arasında ciddi uçurumun olduğunu göstərir.Münaqişənin danışıqlar yolu ilə həllində konstruktiv addımlar atmaq əvəzinə, Ermənistan rəhbərliyi şərt irəli sürmək, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmək, əlavə canlı qüvvə yerləşdirmək və hərbi avantüra xarakterli digər addımları ilə vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Onun vəziyyətin daha da qızışdırılması məqsədi daşıyan ritorikasıATƏT-in Minsk qrupunun həmsədrlərinin və Ermənistan xarici işlər nazirinin bu kimi ritorikadan çəkilmək barədə çağırışları ilə ziddiyyət təşkil edir. Ermənistanın baş naziri demokratiyadan danışmaqla özünün dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlişini legitimləşdirmək məqsədi güdür. O, demokratiya və insan hüquqlarına sadiq olduğunu sübut etmək istəyirsə, onda Ermənistanın beynəlxalq öhdəliklərinə əməl etməli, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və etnik təmizləməyə məruz qalmış azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüququnun həyata keçirilməsinə mane olmamalıdır”.


H.Hacıyev əlavə edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətlə birlikdə Ermənistanın işğal və hərbi təcavüzünə son qoyulması, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli şəkildə həll edilməsi və regionda davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcək.

APA