[b]“Azərbaycanda xaos yaratmaq cəhdlərinin perspektivi yoxdur” -[/b] Vitse-spiker

“Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dövlətçiliyimiz belə sınaqlardan həmişə üzüağ, alnıaçıq çıxıb”.
Bunu APA-ya açıqlamasında dünən Gəncədə baş verən hadisəyə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovsöyləyib.
Z. Əsgərov deyib ki, belə hadisələrin, cinayətlərin törədilməsi ilə Azərbaycanda hansısa xaos, vahimə törətmək cəhdlərinin heç bir perspektivi yoxdur: “Şükürlər olsun ki, Azərbaycan oturuşmuş, möhkəm dayaqlar üzərində bərqərar olmuş dövlətdir. Ona görə də belə hərəkətlərin qarşısı dərhal alınacaq və Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, dövlət müstəqilliyinə, suverenliyinə qarşı əl uzadan insanlar dərhal cəzalarını alacaqlar. Belələri xaricdəki himayədarlarına arxalanaraq bu cür hərəkətlər edirlərsə, belə cinayətlər və terror aktları törədirlərsə, bununla heç nəyə nail ola bilməyəcəklər. 1990-cı illərdə Azərbaycan dövlətinə qarşı belə hallar olub. Azərbaycan həmişə belə hadisələrdən alnıaçıq, üzüağ çıxıb. Mən Gəncədən olan bütün həmvətənlərimizi, bütün Azərbaycan vətəndaşlarını bir daha çağırıram ki, həmişə olduğu kimi Azərbaycan dövlətçiliyi, prezidentimiz ətrafında daha sıx birləşsinlər, belə hərəkətlərin qarşısının dərhal alınmasında dövlət orqanlarına, hüquq-mühafizə orqanlarına yardımçı olsunlar”.
Vitse-spiker bildirib ki, bu hadisələr bir daha gəncəlilərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunmasında həmişə olduğu kimi yenə də fəal olduqlarını göstərdi: “Dünən Gəncədə bir qrup cinayətkar ünsür yığışıb, xaos yaratmaq istəyiblər. Gəncəlilər yenə də Azərbaycan dövlətinə dayaq olduqlarını göstərdilər. Belə halların qarşısı qətiyyətlə alınacaq. Sözsüz k, xalq belə hərəkətləri dəstəkləmir. Çox təəssüf ki, ictimai asayişin bərpası zamanı iki zabitimiz həlak olub. Mən onların ailələrinə başsağlığı verirəm, Allah onlara rəhmət etsin. Həqiqətən polis zabitləri igidlik göstərib, öz vəzifələrini vicdanla, namusla yerinə yetiriblər. Onlar öz vəzifələrini icra edərkən həlak olubar”.
Gəncədə baş verən hadisənin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarının öncədən daha effektiv addımlar atmasının mümkünlüyü barədə fikirlərə gəlincə, Z. Əsgərov deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur : “Hər şeyə aydınlıq gətiriləcək”

APA Baycan
Oxşar yazılar
Əsgərimiz minaya düşərək şəhid oldu - FOTO
21 yanvar 2021 , 21:44
Kəlbəcərin Kəndyeri kəndi - VİDEO
21 yanvar 2021 , 18:51
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
20 yanvar 2021 , 12:08
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO
20 yanvar 2021 , 12:00
20 Yanvar faciəsindən 31 il ötür
20 yanvar 2021 , 00:54
Prezident 20 Yanvarla bağlı paylaşım etdi
19 yanvar 2021 , 23:08
Şuşa Türk dünyasının mədəni paytaxtı elan edilə bilər
19 yanvar 2021 , 16:44
Dağlıq Qarabağın Azərbaycanlı İcması Şuşaya köçürülür
19 yanvar 2021 , 15:01