101
15:09
05 İyul 2018

"Tolik prodüser deyil" - Əməkdar artist

Əməkdar artist Nüşabə Ələsgərli prodüser Tolik ( Tarix Əliyev ) barədə danışıb. Lent.az -ın məlumatına görə, ifaçı “Onda başladıq” verilişində bildirib ki, Toliki prodüser hesab etmir: "Tolik prodüser yox, təşkilatçıdır. Məsələn, Tolikə zəng vurub deyirlər ki, filan konserti təşkil et. O da müğənniləri yığır, konserti təşkil edir və axırda qonorarları paylayır. Tolik mənimlə, Aygün Kazımovayla, Röya Ayxanla da işləyib. Onun o boyda pulu var ki, Aygünü maliyələşdirsin? İşə pul yatıran və icraçı başqadır. O, çox fədakar insandır. Məsələn, Röyanın konsertində öz avtomobilini girov qoyub, pul götürmüşdü".