169
13:54
29 İyun 2018

Rəhim Rəhimliyə vəzifə verildi

Müğənni-bəstəkar Rəhim Rəhimliyə yeni vəzifə verilib.

Lent.az -ın axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi yerli kanallardan birində direktor təyin edilib. O, bu xəbəri “10-dan sonra” verilişində qonaq olarkən təsdiqləyib.

R.Rəhimli kanalın adını gizli saxlayıb.

Qeyd edək ki, Rəhimin MUZ TV-də rəhbər vəzifəsinə təyin edildiyi deyilir.