81
17:21
26 İyun 2018

Mahmud Məmmədquliyev Ermənistana gedəcək

İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

Bu barədə APA -ya XİN-in mətbuat xidmətindən məlumat verilib.

Əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək və nazir müavini Mahmud Məmmədquliyev sədrliyi qəbul edəcək.

APA