128
13:59
25 İyun 2018

AŞPA-nın yeni prezidenti seçilib

Avropa ŞurasıParlament Assambeleyasının yay sessiyasındaisveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib.


APA -nın Avropa müxbirinin verdiyi xəbərə görə, o, bundan əvvəlprezident Mikele Nikolettiyə öz təşəkkürünübildirib.

L.M. Pasquier bir qadın kimi bu vəzifəyə seçilməkdən qurur duyduğunu deyib. O qeyd edib ki, bu günə qədər qurumun sadəcə üç qadın prezidenti olub. Qadınlarınyüksək vəzifələrdə çalışmasının önəmindən danışan yeni prezident, gender bərabərliyinin vacibliyini vurğulayıb.

Qeyd edək ki,AŞPA-nın hazırki prezidenti Mikele Nikoletti bu ilin yanvarında bu vəzifəyə seçilmişdi.

AŞPA-nın yay sessiyası iyunun 29-da başa çatacaq.

APA