106
12:36
25 İyun 2018

Roza onu TƏNQİD ETDİ: "Mənim üçün ulduz deyil" - VİDEO

Müğənni Roza Zərgərli həmkarı Günay İbrahimlini tənqid edib. Lent.az -ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə açıqlama verən R.Zərgərli G.İbrahimli barədə bu sözləri deyib:

"Zaman gəlir, övladlarımız tez böyüyür. Amma tez böyüyən övladları qəbul etmirəm. "Eurovision"a hazırlıq dövründə mən ona 5000 manatlıq səs göndərmişəm. Evdə bunu sübut edəcək kağızlarım da var. O dövr bitdi, birinci təqdimat oldu və Roza xanım oldu Roza. Buna görə də övladlar tez böyüməməlidir. Mənim üçün Günay ulduz deyil. Ulduz anlamının nə olduğunu qarşıdakı şəkillərdə deyəcəm. Onun üçün səs göndərən Roza xanım idisə, bir həftə sonra Roza olmamalı idi.

Məşhurluq insanı çaşdırmamalıdır. Biz 18 ildir özümüzütamaşaçı qarşısında sübut edirik, başqası 4-5 ildir... Günayın "Kaderinlə barış" mahnısını bir insana görə istəyərdim birinci edəm, o da Aygün Səmədzadədir. Amma məndə kiməsə, nəyəsə görə hörmət qoymaq məsələsi yoxdur. İnsanın özünə görə hörmət qoyuram".