291
15:02
22 İyun 2018

"Fermerlər təhlükəsizlik qaydalarına əməl etməlidirlər" - İnam Kərimov

“Pambıq tarlalarında baş vermiş zəhərlənmələr narahatedici hadisədir. Bu, məsələnin araşdırması prezident İlham Əliyevin birbaşa nəzarətindədir”.

APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, baş vermiş hadisə ilə bağlı Baş Prokurorluqtərəfindən cinayət işi açılıb və araşdırmalar davam etdirilir: “Pambıqçılıq sahəsi kimyəvi maddələrin tətbiqini zəruri edir. Amma burada əsas məsələ təhlükəsizlik və tətbiq qaydalarına ciddi riayət etməkdir. Bu öhdəliklər məhz fermerlərin üzərinə düşür. Onlar təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər”.