Yekaterinburqda azərbaycanlılara görə divarları yazmışdı,  hökm oxundu
26 iyun 2026 10:20 (UTC +04:00)

Yekaterinburqda azərbaycanlılara görə divarları yazmışdı, hökm oxundu

0

Yekaterinburqun Kirovski rayon məhkəməsi divara Azərbaycan dilində qraffitilər yazan Daniil Nuriyevə hökm oxuyub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məhkəmə onu 3 il müddətinə məcburi iş cəzasına və 5 min rubl məbləğində cəriməyə məhkum edib.

Qeyd olunur ki, Nuriyev ekstremist fəaliyyətə açıq çağırış (Rusiya Cinayət Məcəlləsinin 280.1-ci maddəsi), vandalizm (214.2-ci maddə) və xuliqanlıqda (213.2-ci maddə) təqsirli bilinib. Cəza təyin edilərkən onun əvvəllər Ufa şəhərində oğurluq işi üzrə (158.1-ci maddə) məhkum edilməsi də nəzərə alınıb.

Hadisə 2025-ci ilin yayında Azərbaycan diasporunun nümayəndələrinin saxlanılmasından sonra baş verib. İstintaqın versiyasına görə, Daniil Nuryev internetdəki kuratorunun tapşırığı ilə Yekaterinburqun müxtəlif binalarının divarlarına Azərbaycan dilində təxminən 10 qraffiti çəkib.

Daniil Nuryev məhkəmədə irəli sürülən ittihamları tam şəkildə etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar