Bakı-Qazax yolunda yuxulu sürücülər qəzaya səbəb oldu - VİDEO
26 iyun 2026 11:27 (UTC +04:00)

Bakı-Qazax yolunda yuxulu sürücülər qəzaya səbəb oldu - VİDEO

0

İyunun 25-i saat 7 radələrində, Bakı-Qazax avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində əcnəbi vətəndaşın idarə etdiyi “MAN” markalı yük avtomobili qarşıda gedən Mehman İbrahimovun idarə etdiyi “VAZ” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən M.İbrahimov idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, həmin avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində isə Vahid Allahverdiyevin idarə etdiyi “Kamaz” markalı qoşqulu yük avtomobili yoldan çıxaraq su kanalına aşıb:

"Xoşbəxtlikdən insan itkisinin qeydə alınmadığı sözügedən yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri içərisində sürücülərin diqqətinin yoldan yayınması ehtimalı yüksəkdir.

Belə ki, bu xüsusda aparılan təhlillərə görə eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin toqquşması və ya avtomobilin heç bir əsaslı səbəb olmadan yolun hərəkət hissəsindən kənara çıxması sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olması faktı ilə birbaşa bağlıdır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına  biganə yanaşmamağa çağırır.

Dəyərli sürücülərimiz, hər birimiz qəzanın bir anda baş verdiyinin fərqindəyik. Lakin unutmayaq ki, həmin zaman kəsiyinin boşluğuna yuvarlanmamaq üçün sükan arxasında ayıq-sayıq olmaq mühüm şərtdir!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar