Xərçəng xəstəliyinə qalib gələn aparıcı Zümrüd Qasımova “Stop” verilişinə maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, aparıcı bildirib ki, rəfiqəsi onu ən çətin günündə yalnız qoyub: “Anama dedim ki, heç bir qohuma xəstəliyimi demə, olmaz. Həkimə getməyə yol pulum belə yox idi. Bir rəfiqəmə zəng etdim ki, məni apar həkimə. Dedi, benzinim də, pulum da yoxdur. 5 manatlıq benzin tök aparım. Amma bilirdim ki, onun evində 5 min pul var. O, mənə qıymadı”.
Qeyd edək ki, müsahibənin tam hissəsinə aşağıdakı linkdə baxa bilərsiniz.