143
10:08
20 İyun 2018

Müğənni Tunar ailə qurdu - TOYDAN FOTOLAR

Bəstəkar-müğənni Tunar Rəhmanoğlu ötən gün subaylığın daşını atıb. Lent.az -ın məlumatına görə, ifaçı sevdiyi Ülviyyə xanımla nikah masasına oturub. Paytaxt məkanlarının birində keçirilən məclisə şou-biznesin bir çox tanınmış simaları qatılıb.

Qeyd edək ki, cütlüyün nişanı apreldə, nikahı isə mayda olub. Ötən ay Tunar özünə oğlan toyu da etmişdi. Onun ailə qurduğu xanım müəllimədir.