159
12:02
02 İyun 2018

Azərbaycanlı müğənnilər ağır qəzaya düşdülər: bu gün əməliyyat olunacaqlar

Meyxanaçı Pərviz Bülbülə ilə oxuduğu duetlərlə məşhurlaşan Türkan Vəlizadə qəza keçirib. Lent.az xəbərçi.az-a istinadən bildirir ki, ötən gün baş verən qəzada ifaçının ayağı və çiyni sınıb.Yağışlı havada yol sürüşkən olduğu üçün qəza şəraiti yaranıb.

Bundan əlavə, Türkanla birgə avtomobildə müğənni Zeynəb Həsəni də olub. O isə çanağından zədə alıb.

Hər iki ifaçı hazırda xəstəxanadadır və bu gün əməliyyat olunacaq.