187
19:18
28 May 2018

Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq

Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq.

APA -nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham ƏliyevAzərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

"Biz dənizləri neft-qaz kəmərləri ilə birləşdirdik. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşdi. Bizim təşəbbüsümüzlə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edildi. Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrildi. Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür və sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq. Bu da böyük tarixi qələbəmizdir”, - deyə dövlət başçısı bildirib.


Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın təbii qaz resursları ən azı 100 il bundan sonra bizə və bizdən bu əməkdaşlıq nəticəsində faydalanan ölkələrə kifayət edəcək: “Amma buna baxmayaraq, biz yenə də qabağa baxmalıyıq. Biz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişaf strategiyasını təmin etməliyik. Bu məsələ ilə bağlı bizim çox aydın fikirlərimiz, baxışlarımız var”.

APA