<font color=red>&#174; </font>Məktəblilər arasında “STEM plyus” bilik olimpiadası keçirilib
21 may 2018 18:27 (UTC +04:00)

® Məktəblilər arasında “STEM plyus” bilik olimpiadası keçirilib

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında “STEM plyus” bilik olimpiadası keçirilib. STEM science (elm), technology (texnologiya), engineering (mühəndislik), math (riyaziyyat) sözlərinin baş hərflərinin birləşməsindən düzəlmişdir. STEM şagirdlərin məktəbdə texniki fənlərdən öyrəndiklərini texnologiya və mühəndisliklə birləşdirib gündəlik həyatda tətbiqetməsidir. Yarışın sualları texniki sahə və dünya görüşü ilə əlaqəli olduğu üçün yarışmaya “STEM Plus” adlandırılıb.

 

Əvvəlcə şagirdlərə universitet barədə məlumat verilib. Bildirilib ki, Qərbi Kaspi Universiteti məktəblilərin iştirakı ilə müxtəlif məzmunlu layihə və tədbirlər həyata keçirir. Tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır. Universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbə və şagirdlər Texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir. Texnoparkda işlənən layihələrədn biri bu günlərdə Türkiyədə keçirilən beynəlxalq müsabiqədə finala vəsiqə qazanaraq təltif edilib.

Məktəblilərdən ibarət 50-dək komandanın qatıldığı yarış olduqca maraqlı və gərgin mübarizə şəraitində keçib. Şagirdlər mühəndislik, texnologiya, riyaziyyat və elmin müxtəlif sahələri ilə bağlı sualları cavablandırıblar.

Yekunda Bakı şəhər 280 nömrəli orta məktəb birinci, 299 və 121 saylı orta məktəblər isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Sonda qalib gələn komandalar diplom və mükafatlarla təltif edilib.

 

# 342
avatar

Oxşar yazılar