
(R) "Azercell" Azərbaycanın ən yaxşı startapını seçəcək
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə ölkəmizdə 6-cı dəfə Seedstars World müsabiqəsinin yerli seçimləri baş tutacaq. 8 iyun 2018-ci il tarixdə ADA Universitetində Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars sammitində təmsil etmək və 1 milyon ABŞ dolları qazanmaq uğrunda mübarizə aparacaq. Qaydalara əsasən 2 ildən daha az müddətdə fəaliyyət göstərən, bu müddətdə real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar müsabiqədə iştirak edə bilərlər. Meyarlara uyğun olan startaplar yarışa qatılmaq üçün https://www.seedstarsworld.com/event/seedstars-baku-2018 linki vasitəsilə may ayının sonuna qədər qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, tədbirin keçirilməsində Seedstars-ın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları diqqət mərkəzinə gətirməkdir. Bu məqsədlə Seedstars ən innovativ və yeni yaranan startapları müəyyən etmək üçün 65-dən çox ölkəyə səfər edir və onlara İsveçrədə keçirilən beynəlxalq Seedstars Sammitində 1 milyon ABŞ dollarına qədər investisiya vəsaiti əldə etmək, dünyanın müxtəlif ölkələrindən olan investorlar və mentorlarla əlaqələr qurmaq imkanı yaradır. Əvvəlki iştirakçılar toplam 92 milyon ABŞ dollarından artıq investisiya cəlb etmiş və bununla 2,100-dən çox iş yerinin yaranmasını təmin edmişdir.
Məlumat üçün bildirək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların müstəqil şirkətlər kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00