118
12:08
18 May 2018

Elgiz əməkdar artistin imicinə lağ elədi - FOTO

“Səhər-səhər” verilişinin qonağı olan əməkdar artist Gövhər Rzayeva gözlənilməz halla qarşılaşıb. Lent.az -ın məlumatına görə, verilişin aparıcısı Elgiz Əkbər qarmon ifaçısının imicinə lağ edib. O bildirib ki, G.Rzayevanı belə saç düzümündə görmək istəmir:

“Siz bir ara imicinizi dəyişəndə mən nəzir vermişdim. Dedim, şükür Allaha ki, bu qadın bu imicdən çıxdı. Bu nə görünüşdür? Sizə elə gəlir ki, yaraşır”.

G.Rzayeva isə “Sarı saçda gərək həmişə qrim edəsən. Belə olanda adamın qaşı-gözü bilinir” cavabını verib.