Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”
26 aprel 2024 12:28 (UTC +04:00)

Alla Puqaçova haqqında gəzən söhbətlərə cavab verdi - “Vecimə deyil”

Rusiyanın estrada ulduzu Alla Puqaçova musiqi tənqidçisi Artemi Troitski ilə söhbətində özünə şamil edilməsi gözlənilən xarici agent statusu və əmlakdan məhrum edilməsi barədə danışıb.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Puqaçova söhbət zamanı “mənim üçün heyrətamiz tərcümeyi-halı yazırlar" deyib.

 Müğənni bildirib ki,  əmlakını müsadirə etməklə bağlı hədələrə tamamilə biganə yanaşır.

“Vecimə də deyil. Onlar əldə etdiklərimi məndən almaq istəyirlər – mənə fərqi yoxdur. Məni bu hekayə heyrətləndirir, əşyalar yox” deyə o bildirib.

# 2706
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar