<b>Nənə olan müğənnimiz ərə getmək istəyir: <span style="color:red;">"İstəyirəm biri olsun"</b>
17 may 2018 11:56 (UTC +04:00)

Nənə olan müğənnimiz ərə getmək istəyir: "İstəyirəm biri olsun"

Meyxanaçı-müğənni Samirə Yusifqızı yenidən ailə qurmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, ifaçı “Səhər-səhər” verilişində bildirib ki, ərə getmək istəyir: “Necə olur ki, nənə olanlar 100 dəfə əməliyyat etdirirlər. Üzlərini, ora-buralarını şişirdilər. Bəs onlara ailə qurmaq olar, mənə yox? Mən də istəyirəm ki, həyatımda bir nəfər olsun. Niyə də olmasın? Amma hələ ki, yoxdur. Hazırlıq prosesinə başlamışam. Allah yetirəcək”.

 


Qeyd edək ki, S.Yusifqızı ailəli olub, həyat yoldaşı rəhmətə gedib. Bir nəvəsi var.

 

# 368
avatar

Yalçın UĞUR

Oxşar yazılar