100
19:41
15 May 2018

Həmsədrlər Paris görüşü ilə bağlı bəyanat yaydı

ATƏT-in Minsk qrup həmsədrləri Parisdə Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar.

APA -nın məlumatına görə, bəyanatda bildirilir ki, görüşdə sülh prosesinin irəli aparılmasının mümkün variantları müzakirə edilib.

ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Nazir E. Məmmədyarov isə Azərbaycanın aktiv danışıqlara hazır olduğunu bildirib.

Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini bildiriblər.

APA