136
13:48
07 May 2018

Namiq Qaraçuxurlu 2-ci evliliyindən olan qızı barədə nələr danışdı? - FOTO

Meyxanaçı Namiq Qaraçuxurlu 2-ci evliliyindən olan qızı Saradan danışıb. Lent.az -ın məlumatına görə, ifaçı "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, övladının 2 yaşını onunla qeyd edə bilməyib:

“Dünən qızım Saranın 2 yaşı oldu. Dayəsi onun üçün ad günü keçirib. Yanında ola bilmədim. Bütün gün çəkilişlərdə oluram. İnşallah gələcəkdə nə zamansa xoş günündə yanında olaram.

O vaxt qızım barədə danışdım, saytlar yazdı. Sonra düşündüm ki, doğrudan da da qızım barədə danışmayaraq düz edirəm. Bəd nəzərə inanıram. Özüm özümə də bu barədə danışmağı qadağan etmişəm”.

Qeyd edək ki, N.Qaraçuxurlunun ilk evliliyindən 2 oğlu var. Lakin ifaçı heç bir zaman bu barədə danışmayıb.