146
06:01
07 May 2018

"Eurovision-2018"-in rəsmi açılışı oldu

Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision" beynəlxalqmahnı müsabiqəsi rəsmi olaraq start götürüb. APA -nın xəbərinə görə, bu barədə müsabiqənin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, təntənəli açılış mərasimi Lissabonun İncəsənət, memarlıq və texnologiya Muzeyində keçirilib.

Bu il müsabiqəyə 43 ölkə qatılıb."Eurovision-2018"-in birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.

Azərbaycanı müsabiqədə "X my heart" mahnısı ilə Aysel Məmmədova təmsil edir.