Diasporla İş üzrə Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova iş adamı Kamran Əliyevə ərə gedib. Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, toy mərasimi mayın 5-də “JW Marriott Absheron” oteldə keçirilib. Toyda cütlüyün ailə üzvləri və dostları, eləcə də şou-biznes nümayəndələri iştirak edib.
Qeyd edək ki, K.İbrahimova “DeCamie” moda evinin sahibidir.
Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib.