Bir-birlərini məhkəməyə verən məşhurlar - SİYAHI
08 aprel 2024 17:38 (UTC +04:00)

Bir-birlərini məhkəməyə verən məşhurlar - SİYAHI

Qalmaqallar meydanı olan şou-biznesimizdə problemi böyüyüb, işi məhkəməyə gedənlər də var.

 Lent.az bir-birləri ilə məhkəməlik olmuş məşhurlarımız barədə məlumat verir.
 
Müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Əlizadəni məhkəməyə verib.


Xoşqədəm Hidayətqızının şairə Nazilə Səfərli ilə də məhkəmə davası olub.


 Müğənni Şəbnəm Tapdıq həmkarı və adaşı Şəbnəm Tovuzlunu məhkəməyə verib.

Müğənni Röya Ayxan mərhum xanəndə Aygün Bəyləri məhkəməyə vermişdi.

Müğənni  Təranə Qumral ilə həmkarı Nazənin arasındakı qalmaqal heç məhkəmə ilə də səngiməyib.

Xalq artisti Flora Kərimova ilə  müğənni Afət Fərmanqızının məhkəmə çəkişməsi hələ də davam edir.

Müğənni Rəqsanə ilə prodüser Təranə Səmədova da bir zamanlar məhkəməlik olmuşdu.


 

Aparıcı Kamran Həsənli ilə müğənni Samir Piriyevin də arası məhkəmə səbəbi ilə pozuldu.

Primadonna İlhamə ilə şoumen Sərxan Kərəmoğlu 50 dəfə məhkəməlik olublar.

Meyxanaçı Vüqar Əbdülovla müğənni Elza Syidcahanın işi məhkəməlik olmasa da, polisə şikayət səviyyəsinə çatmışdı.

Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva ilə çəkişməsi də məhkəməyə qədər gedib çıxdı.

Aparıcı İlham Mirzəyevi isə sadə vətəndaşlar məhkəməyə vermiş, məsələ aparıcının həbsi ilə nəticələnmişdi.


 

# 4494
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar