95
10:14
04 May 2018

Azərbaycanlı aparıcı Türkiyəyə niyə gedir?

Bir müddət öncə Türkiyədə keçirilən “Yılın Altın Adamları” mükafatlandırma gecəsində “İlin uğurlu aparıcısı” mükafatına layiq görülən teleaparıcı Lətafət Ələkbərova bu ay növbəti dəfə qardaş ölkəyə səfər edəcək. Lent.az -ın məlumatına görə, L.Ələkbərovanın bu dəfəki səfərinin məqsədi “Beynəlxalq Diplomatlar Birliyinin” təşkil etdiyi sənət nümayəndələri və iş adamarının qatılacağı tədbirdə iştirak etməkdir. Aparıcı sözügedən tədbirdə türkiyəli məşhur model Şebnem Şefırla birlikdə aparıcılıq edəcək. Gecədə Türkiyə şou-biznesində divası adlandırılan Bülent Ersoyun da iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “Kral” Tv-də yayımlanacaq tədbiri qardaş ölkənin maqazin proqramları da işıqlandıracaq.