101
13:54
03 May 2018

Anası Taciri müdafiə etdi: "Dayısının başı xarabdı"

Müğənni Tacir Şahmalıoğlu dayısı Nürəddin Əliyevin söylədiyi “Qızım öləndə yasa gəlmədi” sözlərinə cavab verib. Lent.az -ın məlumatına görə, “5/5” verilişinin canlı efirinə qonaq olan ifaçı bu sözləri deyib: “Hamıya əl tutmaq olmur. Nəsildə imkanı olmayana kömək etmişəm. Dayımım 85 yaşı var, yəqin yaşla əlaqədardır. Studiyaya bacım, qardaşım, anam gəlsə haqlıdır. Dayımın övladı rəhmətə gedəndə gedə bilmədim. Yas vaxtı Moskvada olmuşam”.

Daha sonra T.Şahmalıoğlunun anası canlı efirə telefon zəngi ilə qoşulub. O, oğlunu müdafiə edərək, qardaşının haqsız olduğunu deyib: “Başı xarabdır, nə edək? Yas vaxtında Rusiyada olublar. Tacir qohum-əqrabaya hörmət edib, əl tutub. Tacir kimi övlad hələ yer üzünə gəlməyib. Qardaşım yanıma gəlmir, ona görə də belə edib. Gəlsəydi, ona yol göstərərdim. 25 ildir görmürəm onu. Bir dəfə oğlumun yasına gəlib. O məndən 3 yaş balacadır. Tacirin atası öldü, heç onun yasına da gəlmədi. Aramızda ağır söhbət olub. Ona görə də yanıma gəlmir”.

Qeyd edək ki, T.Şahmalıoğlunun dayısı onun barəsində bu sözləri demişdi:"Heç bir qohuma əl tutmur. Hətta qızım öləndə yasına da gəlmədi".