<span style="color:red;">Rəmiş <b>: "Bu insan mənim həyatımda olmasaydı..." </b>
01 may 2018 11:46 (UTC +04:00)

Rəmiş: "Bu insan mənim həyatımda olmasaydı..."

 

 

Gitara ifaçısı, xalq artisti Rəmiş ( Rafiq Hüseynov ) həyatda yaşadığı peşmançılıqlardan danışıb. Lent.az-ın məlumatına görə, “Bizimləsən” verilişinə danışan xalq artisti bildirib ki, həyat yoldaşı Gülü onun həyatında olmasaydı, o, bu gün həyatda olmazdı:

 

“Bir peşmançılığım var ki, vaxtında gərək cahillik etməyəsən. Bütün cavanlara tövsiyəm budur ki, cavan canlarını vaxtsız qocaltmasınlar. Peşmançılığım budur. Gəldim Bakıya, ata-ana yox, özüm özümə böyüklük elədim. Sonra həyat yoldaşım Gülüyə böyüklük elədim. Gülü gəlməsəydi, çoxdan ölmüşdüm. Hər bir insan ölən gününə qədər şəxsiyyətini, qeyrətini qoruyub saxlamalıdır. Dünyada bundan böyük qiymətli nəsə tanımıram. Hər kəsin gözünün içinə çəkinmədən baxmaq lazımdır. Mən kiminsə qapısını döysəydim, indi onların gözlərinin içinə baxa bilməzdim”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar