<b>Müğənni Nazəninin verilişindəki qonaqlar nələr danışdı? </b>
30 aprel 2018 13:26 (UTC +04:00)

Müğənni Nazəninin verilişindəki qonaqlar nələr danışdı?

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaqları dermatoveneroloq Zeynəb Sadıqova, modelyer-dizayner Afət Nəbiyeva, cərrah və ginekoloq Xalidə Rzayeva və müğənni Yeganə Akbudak ( Mürsəlova ) olub.

 

Verilişin qonağı Dermatoveneroloq Zeynəb Sadıqova öz düşüncələrini belə dilə gətirib: “Çalışmışam ki, mənə müraciət edən insanlara vicdanla yanaşım. Azda olsa yaxşılıq etməyə çalışmışam. Ümumiyyətlə, bildirmək istəyirəm ki, qurd xəstəliyi hər bir insanda mövcuddur. Sadəcə onun da aktivi, passivi var. Əgər ki, insanda aktiv formaya keçibsə, narahatçılıq yaradıbsa, mütləq ki, müdaxilə edilməlidir. Bir insan gecə yatanda dişlərini qıcayırsa, ağzı sulanırsa, səhərlər ürəyi bulanırsa, bu qurdun əsas simptomlarıdır. Amma mən hər zaman gördüyüm işlərdə Allahın gücünə inanıram ”.

Ginekoloq Xalidə Rzayeva isə bu sözləri deyib: “Ümumiyyətlə, insan ömrünün axırına qədər xoşbəxt ola bilməz. Yəni xoşbəxtlik daimi olmur. Əgər bir insan valideyn olursa, xoşbəxt anlarını yaşayır. Qadının ruhu gözəl olsa, sağlamlığı olsa, o xoşbəxt olacaq. Mənə elə qadınlar müraciət ediblər ki, onların 12-15 il övladları olmayıb. Həmin qadınlar ana olacaqlarını hiss edəndə necə xoşbəxt olurlar. Mən də onlarla birgə kövrəlirəm, gözümdən yaş axır. Mənim üçün xoşbəxtlik budur”.

Modelyer-dizayner Afət Nəbiyeva da öz fikirlərini bölüşüb: “Əslində qadın və kişi geyimlərinin texnologiyası fərqlidir. Müğənni Rəşad İlyasov özü məni məcbur etdi ki, mən sizin əl işiniz olan pencək istəyirəm. Məni məcburiyyət qarşısında qoydu, dedi kİ, kişi geyimi də tikin. Amma əslində mən yalnız qadınlar üçün geyim hazırlayırdım”.

Sonda müğənni Yeganə Akbudak həmkarı Nazəninlə bağlı etiraf edib: “Oğlumun kiçik toyunda bizə kənardan baxırdılar, deyirdilər ki, görəsən bunlar necə anadırlar? Bunlar səhər çıxırlar, axşam gəlirlər. Bəzən elə olur ki, ölkədən kənara gedirik. Amma oğlumun toyunda Nazənin xanıma fikir verirdim. O ,toyda 5 dəqiqə də olsa, əyləşmədi. Oğlu Orxan hara gedirdisə, o da onun arxasınca gedirdi. Bir sözlə müğənnilikdən savayı, gözəl anadır”.

 

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 21:30-da, təkrarı isə bazar günü 19:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698

Oxşar yazılar