[b]Röya: "Neçə ildir, sevgilim yoxdur"[/b]
29 aprel 2018 13:01 (UTC +04:00)

[b]Röya: "Neçə ildir, sevgilim yoxdur"[/b]

Əməkdar artist Röya Ayxan Nail Naiboğlunun aparıcılıq etdiyi “Stop” verilişinin qonağı olub. “Qafqazinfo” xəbər verir ki, müğənni proqramda şəxsi həyatı barədə danışıb. Röya bildirib ki, neçə ildir sevgilisi yoxdur:

 

“Tam yox, bilmirəm. Üçüncü ilə keçir, bəlkə indi... Fikirləşərəm. Bəzi hallarda deyirlər ki, sevgilim var, amma elə deyil".

 

Röya "Səndən sonra niyə şou-biznesdə Röya qədər populyar və sevilən ifaçı yoxdur" suallarına belə cavab verib:

 

"Siz bilirsiniz "Röya qədər" sözü artıq burda səfdir. Aygün Kazımovaya da belə deyib onu mənə qarşı etdilər. Aygün Kazımova - Aygün Kazımovadır, Röya - Röyadır, təzə gələn adı olacaq. Lakin, Röya kimi oxumayacaq.

 

Mən bəyəm Aygün kimi oxuyuram? Hər dəfə bu sözlə dava aparmışam. Bəzi hallarda hirslidən nə isə demişəm, bunu efirə veriblər. Amma mən o qadın deyiləm. Kimsə kimin yerinə gəlməyib. Kimsə qocalmayıb. Bizim sənətin yaşı yoxdur".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar