83
11:04
28 Aprel 2018

Hadisənin əmlakı müsadirə edilir - ŞOK QƏRAR

Türkiyənin məşhur müğənnisi Hadisənin başı yenə bəlada. O, maliyyə borcu ilə bağlı ikinci dəfə şok yaşayıb.

Lent.az -ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Hadisə Bodrumda işlətdiyi plyaj sahibləri ilə problem yaşayıb. Onlar tərəfindən edilən şikayətə əsasən, növbəti dəfə onun əmlakları müsadirə edilir. Tanınmış müğənni ilk dəfə böyük bacısının avtomobil aldığı üçün 200 min lirəlik borcuna görə cəzalanmışdı. Bu dəfə isə Hadisə borcunu ödəyəcəyinə söz verdiyi üçün cəza bir müddətə təxirə salındı.

Bildirildiyinə görə, onun işlətdiyi yerlə bağlı məkan sahibinə 1 milyon 900 min lirə borcu var.