78
23:33
27 Aprel 2018

"Jamuroquai" Bakı səhnəsində

Dünya şöhrətli Britaniya musiqi qrupu "Jamiroquai" Bakıda keçirilən Formula-1 yarışlarının ilk günündə çıxış edib.

Lent.az -ın “oxu.az”a istinadən xəbərinə görə, "Jamiroquai"ın Azərbaycan Qran-Prisi çərçivəsində baş tutan konserti “Baku Crystall Hall”da keçirilib.

Tamaşaçıların coşğu ilə qarşıladığı konsert də qrupun solisti həmyerlilərimizi "Salam, Baku!" deyərək salamlayıb. Daha sonra qrup səhnədə sevilən hitlərini səsləndirib.

Qeyd edək ki, sabah eyni məkanda Kristina Aquileranın, 29 aprel tarixində isə Dua Lipanın konserti baş tutacaq.