Prezident Administrasiyası işçilərinə yeni bina tikiləcək: <span style="color:red;">20 mərtəbəli, 6 girişli
25 aprel 2018 13:44 (UTC +04:00)

Prezident Administrasiyası işçilərinə yeni bina tikiləcək: 20 mərtəbəli, 6 girişli

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

 

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.

 

 

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

 

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar