[b]Toya gedən şəxslər qəzaya düşdü: 2 nəfər ölüb[/b]
24 aprel 2018 18:20 (UTC +04:00)

[b]Toya gedən şəxslər qəzaya düşdü: 2 nəfər ölüb[/b]

Şəmkirdə ağır yol qəzası baş verib.
 
 
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
 
 
 
Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.
 
 
 
İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
 
 
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653

Oxşar yazılar