
Baş katib: "BMT Azərbaycanla sıx əməkdaşlığı davam etdirmək niyyətindədir"
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Lent.az Azərtaca-a istinadən bildiri ki, təbrikdə bunlardeyilir:
"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir və ən xoş arzularımı çatdırıram.
Sizinlə Birləşmiş Millətlər Təşkilatının həm Azərbaycandakı rezident əlaqələndiricisi, həm də digər qurumları vasitəsilə qarşılıqlı maraq doğuran məsələlər üzrə bundan sonra da sıx əməkdaşlığımızı davam etdirmək niyyətindəyik.
Biz Azərbaycanın BMT-nin əsas dəyər və prinsiplərinə, o cümlədən dünyada sülhün, təhlükəsizliyin, davamlı inkişafın və insan hüquqlarının təmin olunmasına dair dəyər və prinsiplərinə sadiq olduğuna inanırıq. Əminəm ki, Sizin əzmkar rəhbərliyinizlə Azərbaycan bundan sonra da gənclərin üzləşdiyi problemlərin həllində və mədəniyyətlərarası dialoq məsələlərində əhəmiyyətli rolunu qoruyub saxlayacaq.
Bildiyiniz kimi, BMT uzun müddətdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini qətiyyətlə və davamlı şəkildə dəstəkləyib. Ümidvaram ki, bu istiqamətdə səylər daha da fəallaşacaq və bütün Cənubi Qafqaz regionunun xalqları üçün əbədi sülhə və tərəqqiyə nail olunması yolunda müsbət nəticələr verəcək.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23