129
17:50
21 Aprel 2018

İki nazir və iki komitə sədri dəyişdi - YENİ TƏYİNATLAR

Prezident İlham Əliyevin bu gün Nazirlər Kabinetinin yeni tərkibini təsdiq etməsiylə iki Komitə sədri və iki nazir öz kreslosuyla vidalaşıb.

Sərəncama əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev təyin olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu ilin əvvəlində vəfat edib.

Milli Məclisin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. O, bu vəzifədə Əli Həsənovu əvəzləyib.

Azərbaycanın kənd təsərrüfatı naziri də dəyişib və bu vəzifəyə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təyin olunub. O, bu vəzifədə Heydər Əsədovu əvəzləyib.

Prezidentin sərəncamı ilə Səlim Müslümov da əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən gedib.

Onun yerinə Sahil Babayev təyin olunub.