"Prezident seçkiləri xalqın iradəsini əks etdirib" - İlham Əliyev
18 aprel 2018 13:52 (UTC +04:00)

"Prezident seçkiləri xalqın iradəsini əks etdirib" - İlham Əliyev

“Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, görülən işlərə səs verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib”.

 

APA-nın məlumatına görə, bu fikirləri prezident İlham Əliyevaprelin 18-də andiçmə mərasimində söyləyib.

 

Dövlət başçısı deyib ki, seçkilər ədalətli və şəffaf şəkildə keçirilib: “Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar