108
13:28
18 Aprel 2018

Röya "Kuvşin" dediyi Afaqla barışdı - FOTO

Əməkdar artist Röya Ayxanla aparıcı Afaq Gəncəli barışıb. Lent.az -ın məlumatına görə, bu barədə prodüser Tolik ( Tarix Əliyev ) sosial şəbəkədə xəbər verib. O bildirib ki, iki məşhur toy məclislərinin birində üz-üzə gəlib və küsülülüyə son qoyublar. Röya və Afaq barışandan sonra şəkil də çəkdiriblər.

Qeyd edək ki, məşhurlar arasındakı küsülülüyə səbəb “ATV maqazin onlarla” verilişində Röyanın əleyhinə yayımlanan süjet olmuşdu. İradə İbrahimovanın süjetdə Röyanın əleyhinə dediyi sözlər onun xoşuna gəlməyib. Etirazını bildirən Röyaya isə Afaqın cavabı başqa olub. Aparıcının sənətçi ilə bağlı verilişində süjetlər yayımlanmasına qadağa qoyduğu deyilirdi. “Hit-parad” rubrikasından belə mahnısı çıxarılan Röya Afaqla bağlı paylaşım edərək sərt sözlər yazmışdı:


“Bunlar düzdür, mənim “Kuvşin”im? Həyatdır, hər şey ola bilər. İnsanlar durmadan dəyişir, mən bunun günahını estetik əməliyyat edən həkimlərdə görürəm. Deyirəm ki, 3 dəfə burun, 8 dəfə diş əməliyyatına girdim. 300 dəfə də saçıma qaynaq etdirmişəm. Bəs mən niyə dəyişmədim? Ay millət, ekologiya budur. Telli xanım (Röya Ayxanın anası - red.), məni cəsur və qürurlu dünyaya gətirdiyin üçün təşəkkür edirəm.

Amma qəbul etməsən də, dədəmin də haqqı var. Afaqla başladım, anamla bitirdim. Cəmi 10-a yaxın kanalımız var, məni sevməyin, nə edim? Bu arada, onlar Nihat Odabaşı Bakıya gələndə onu çəkməyən maqazin proqramıdır. Niyə gəlmədiklərini indi başa düşürük. Sizdə belə şey yoxdur, amma bizdə hamı “star”dır”.