Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
13 aprel 2018 19:06 (UTC +04:00)

Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək

Milli Məclisin  deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 14-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.

 

Milli Məclisin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  Büronun iclasında ATƏT PA-nın iyulun 7-11-də  Berlində keçiriləcək  27-ci yay sessiyasında müzakirə olunacaq mövzular və layihə sənədləri təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkilər üzrə müşahidə missiyalarının hesabatları, keçiriləcək tədbirlər barədə məruzələr dinləniləcək,  fikir mübadiləsi aparılacaq.

 

Azay Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair öz fikirlərini bildirəcək. Səfər aprelin 17-də başa çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar