Aparıcı İlkin Həsəni ata olub. Lent.az-ın məlumatına görə, bu barədə İ.Həsəninin yaxın dostları sosial şəbəkədə bildirib. Onun qız övladı dünyaya gəlib. Körpə martın 18-də dünyaya göz açıb. İlkin ad seçimində dəqiq qərar verməsə də, o, Alisiya üzərində dayanır.
Qeyd edək ki, İ.Həsəninin toyu ötən ilin aprelində olub.