<b>Şou-biznesdə yeni <span style="color:red;">QALMAQAL  -<span style="color:red;"> Samirlə Nigar üz-üzə</b>
03 aprel 2018 11:21 (UTC +04:00)

Şou-biznesdə yeni QALMAQAL - Samirlə Nigar üz-üzə

“Eurovison” təmsilçimiz Nigar Camalın maqazin proqramlarının birində həmkarı Samir Piriyevi tanımaması qalmaqala səbəb olub. Lent.az-ın məlumatına görə, S.Piriyev N.Camalın cavabını sosial şəbəkə vasitəsi ilə verib. İfaçı hənkarını yalan danışmaqda ittiham edib:

 

“Azərbaycanda müğənnilik edəsən və yetərincə tanınan sənətçini tanımayasan?

Yaxşı ki, bir dənə Avroviziya oldu. Eldarın yanında (Eldar Qasımov – red.) əlində bayraq qaçdı və tanındı. Yoxsa bu xanım necə məşhur olardı? 

Məni Aygün Kazımova tanıyır - Azərbaycanın divası, bir nömrəli ulduzu... Nigar Camal tanımasa da olar”.

Qeyd edək ki, N.Camal “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasında Samiri tanımayıb və onu onluqdan uzalqaşdırmışdı.

 

# 390
avatar

Yalçın UĞUR

Oxşar yazılar