122
12:44
02 Aprel 2018

Bahar Lətifqızı ad gününü belə keçirdi - VİDEO

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az -ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişdə müğənni Bahar Lətifqızının doğum günü qeyd olunub. Verilişdə B.Lətifqızını təbrik etməyə dostları müğənni Cəmil Əfəndi, prodüserlər Vəfa Nuriyeva, Pərviz Fəqan gəlib.

İfaçı özəl günündə təəssüratlarını bölüşüb: “Mən bu yaxın zamanlarda bilmişəm ki, məni istəyən və istəməyənlər kimdi. Bir az sənətdə ruhdan düşmüşdüm. Prodüserim Vəfa dedi ki, Bahar ruhdan düşmək olmaz. Dünyalar qədər sevdiyim insanlardan haqsızlıq, sevgimə qarşılıq görməyəndə pis oluram. İndi başa düşmüşəm ki, onlar verdiyim dəyərə dəyməz. Amma yenə də Allah hamısını qorusun”.

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 21:30-da, təkrarı isə bazar günü 19:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az -dır.