
Həmyerlimiz beynəlxalq festivalın finalında - FOTO
Ukraynanın paytaxtı Kiyev şəhərində “ГаШоТю” IV Beynəlxalq Komediya Sənəti Festivalı işinə start verib. Festival dörd – ən yaxşı qısametrajlı komediya filmi, komedik pyes, məzəli hekayə və məzəli foto nominasiyaları üzrə keçirilir.
Lent.az-ın məlumatına görə, festivalda Ukrayna ilə yanaşı, Polşa, Rusiya, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən qatılan iştirakçıların işləri nümayiş etdirilir.
Festivalın təşkilat komitəsində yer alan həmyerlimiz, rejissor və ssenarist Tərlan Göycəli bildirib ki, Azərbaycanı bu festivalda fəxri qonaq qismində təmsil edəcək Arzu Mürvətova “Məzəli foto” nominasiyası üzrə finala vəsiqə qazanıb. Festivalda qalib gələn qısametrajlı filmlər Ukraynanın müxtəlif şəhərlərinin kinoteatrlarında, bir sıra mərkəzi və regional TV kanallarda nümayiş etdiriləcək. Pyeslər və hekayələr eynilə, teatrlarda səhnələşdiriləcək, foto nominasiyasının qaliblərinin isə fərdi foto sərgiləri açılacaq.
Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55