147
12:29
16 Mart 2018

Günay İbrahimli kövrəldi - FOTOLAR

Müğənni Günay İbrahimli pərəstişkarları iləgörüş keçirib. Lent.az -ın məlumatına görə, alış-veriş mərkəzlərindən birində baş tutan tədbirə sənətçinin onlarla fanatı qatılıb. MUZ TV-nin təşkilatçılığı ilə keçirilən “İmza günü”ndə Günay sevənləri ilə şəkillər çəkdirib, onlarla söhbət edib, sualları cavablandırıb. Pərəstişkarlarından hədiyyələr alan sənətçi kövrəlib.

İbrahimli tədbirdə onu görməyə gələnlərin bəzilərinə öz qarderobundan hədiyyələr verib.

Müğənni daha sonra səhnəyə çıxaraq mahnılar oxuyub.

Qeyd edək ki, bu, G.İbrahimlinin ikinci “İmza günü”dür. Günay ilk dəfə 2015-ci ildə fanatları ilə belə görüş keçirib.